Bank Of Baku

Bakıda “İslamda qadın: nailiyyətlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “İslamda qadın: nailiyyətlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib
# 11 noyabr 2010 10:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “İslamda qadın: nailiyyətlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan dəyirmi masanın əsas məqsədi müsəlman xanımlarının cəmiyyət həyatına inteqrasiyasını hərtərəfli nəzərdən keçirməkdir. Tədbirdə Küveyt dövlətinin Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Lətifə Əl-Fəhəd Əl-Savah və onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.


Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın Küveytlə əlaqələrin inkişafında maraqlı olduğunu və dəyirmi masanın müsəlman qadınlarının hüquqlarının inkişafı məsələsinə xidmət edəcəyini söyləyib. O, cəmiyyətdə və hökumətdə gender balansının təmin edilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın bu istiqamətdə çox sürətlə irəlilədiyini və parlamentdə qadınların sayının artdığını bildirib.

Küveytin Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Lətifə Əl-Fəhəd Əl-Savah isə ölkəsində parlamentin fəaliyyətə başladığı 1962-ci ildən sonra qadınların qanunverici orqana seçilmək hüququnun olmadığını, yalnız 2005-ci ildə bu hüququ əldə etdiklərini və hazırda Küveyt parlamentində 4 qadının olduğunu deyib.

Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Küveytin Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi arasında ailələrin rifahının yüksəldilməsi, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Küveytin Qadın məsələləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşəcək, noyabrın 12-də 134 saylı orta məktəb və uşaq bağçası ilə, habelə 1 saylı uşaq evi ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR