Bank Of Baku

Dmitri Medvedev: “Rusiyada pensiya yaşı artırılmayacaq”

Dmitri Medvedev: “Rusiyada pensiya yaşı artırılmayacaq”
# 11 noyabr 2010 10:50 (UTC +04:00)
Bakı - APA-Economics. Yaxın illərdə Rusiyada pensiya yaşı artırılmayacaq. “APA-Economics”in xəbərinə görə, bu sözləri “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya prezidenti Dmitri Medvedev deyib.

Prezident bildirib ki, pensiya yaşı kimi qərarlar siyasi qərardır və maliyyə naziri səviyyəsində qəbul olunmur: “Həm də bu, ciddi müzakirə və ictimai razılıq tələb edən qərardır”.

Qeyd edək ki, bu yaxınlarda Rusiyanın maliyyə naziri Aleksey Kudrin ölkədə pensiya yaşının 5-7 ildən sonra artırılaraq, kişilər üçün 62, qadınlar üçün 60 yaşa çatdırılacağını bildirib. Hazırda bu göstərici müvafiq olaraq 60 və 55 yaşdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR