Bank Of Baku

Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın konfransında iştirak edib

Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın konfransında iştirak edib
# 11 noyabr 2010 11:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları - məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev və mətbuat katibi Elnur Nağızadə Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın /Avropa - (AEA/ Association for Educational Assessment / Europe) Norveçin Oslo şəhərində keçirilmiş növbəti konfransında iştirak ediblər.

Komissiyadan APA-ya verilən məlumata görə, “Qiymətləndirmə proseslərinin idarə olunması: Siyasət və tədqiqat" mövzusunda keçirilən konfransda əksər nümayəndələr Avropada təhsilin qiymətləndirilməsində mövcud olan problemlərin həllinə yönəlmiş, xüsusən qiymətləndirilmənin keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar və digər çox mühüm məsələlərə dair məruzələr ediblər.

Konfransda 20 ölkədən 100 yaxın nümayəndə iştirak edib. İştirakçılar müzakirə zamanı müxtəlif ölkələrin təhsildə qiymətləndirmə sahəsində olan nailiyyətləri haqqında həmkarları ilə bölüşərək gələcəkdə əməkdaşlığın daha geniş və çoxsahəli olmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR