Bank Of Baku

Sumqayıtda əhalinin 66%-dən çoxu su sayğacı ilə təmin edilib

Sumqayıtda əhalinin 66%-dən çoxu su sayğacı ilə təmin edilib
# 11 noyabr 2010 14:19 (UTC +04:00)
Bakı - APA-Economics. Sumqayıt şəhərində güzəştsiz əhalinin 66,2%-i su sayğacı ilə təmin edilib.

Bu barədə “APA-Economics”ə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib.

Məlumatda bildirilir ki, 2010-cu ilin oktyabr ayında şəhərin güzəştsiz əhalisinə 415 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 267 min manat dəyərində ödəniş olub ki, bu da 64,3% təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 44 574 nəfərdir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68 470 nəfər abonent vardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR