Bank Of Baku

“İRƏLİ” İctimai Birliyi Göyçayda keçirilən Nar bayramı ilə bağlı aksiya təşkil edib - FOTOSESSİYA

“İRƏLİ” İctimai Birliyi Göyçayda keçirilən Nar bayramı ilə bağlı aksiya təşkil edib - <font color=red>FOTOSESSİYA</font>
# 12 noyabr 2010 08:03 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyi Göyçay rayonunda hər il ənənəvi olaraq keçirilən Nar bayramı ilə bağlı aksiya təşkil edib. Birlikdən APA-ya verilən məlumata görə, qurumun könüllüləri Göyçay rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatlarını Azərbaycanda fəaliyyət göstərən 70-ə yaxın diplomatik strukturun və beynəlxalq təşkilatın nümayəndələrinə təqdim ediblər. Bir çox səfirlər sovqatı şəxsən qəbul edib, Nar bayramını və ümumiyyətlə, bu aksiyanı çox yüksək dəyərləndiriblər.
Qeyd edək ki, artıq 5-ci ildir ki, noyabrın 12-də Göyçayda Nar bayramı qeyd edilir. Bu ilki bayramda yerli qonaqlarla yanaşı, 7 ölkədən 50-yə yaxın iştirakçının qatılması ilə beynəlxalq səviyyədə qeyd edilir. Bu gün saat 12:00-da Göyçay şəhərinin Əli Kərim küçəsində bayram tədbiri başlanacaq. Heydər Əliyevin abidəsi önündə bayramın açılış mərasimi keçiriləcək. Gün ərzində bədii kompozisiya və nar yarmarkalarına baxış təşkil olunacaq. Ziyafətdən sonra isə bayram konserti keçiriləcək və tədbir atəşfəşanlıqla yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR