Bank Of Baku

Reydlər zamanı restoranlarda daha dörd ayı və bir ceyran aşkarlanaraq götürülüb

Reydlər zamanı restoranlarda daha dörd ayı və bir ceyran aşkarlanaraq götürülüb
# 12 noyabr 2010 08:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları Abşeron rayonu Zığ şossesində yerləşən “Zeytun bağı” restoranında reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı sözügedən restoranda vəhşi təbiətdən götürülmüş iki ayının saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilərək götürülüb.

Növbəti reyd zamanı isə ETSN, DİN və VN əməkdaşları tərəfindən Bakı şəhər Nizami rayonu ərazisində yerləşən iaşə obyektinin həyətində bir ceyranın, Şüvəlan qəsəbəsindəki “Xəzri” istirahət mərkəzində isə bir ayının saxlanılması faktları aşkar edilib və sənədləşdirilərək götürülüb.

Analoji reydlər respublikanın digər rayonlarında da həyata keçirilib. Belə ki, Nabranda yerləşən “İsa bulağı” istirahət mərkəzində bir ayının qəfəsdə saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilib və ayı götürülüb.

Bütün hallarda qanunu pozmuş şəxslər “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.

Hazırda reydlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR