Bank Of Baku

Zaqatalada altı brakonyer saxlanılıb

Zaqatalada altı brakonyer saxlanılıb
# 12 noyabr 2010 09:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən noyabrın 9-da gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində Qoruğun Gərəkli sahəsində yüksək dağlıq sahədə ov etmək məqsədilə əraziyə daxil olmuş 6 brakonyer saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər - Balakən rayonu Gərəkli kənd sakinləri İsrafil Qarayev, Şəhmir Xəlilov, Ramazan Xəlilov, Balakən rayonu Mahamalar kənd sakinləri Ramazan Xalayev, Nurullah Ceerçiyev və Balakən rayonu Qullar kənd sakini Əhmədov İlqarın üzərinə baxış keçirilərkən xaricdə istehsal olunmuş, saxlanılması və istifadəsi qadağan olunan 1 ədəd odlu silah, 3 ədəd ov tüfəngi və qeyri-qanuni ovlanmış 1 ədəd Dağıstan turu götürülüb.

Müəyyən olunmuş faktla bağlı akt və protokol tərtib olunub, qoruq rejiminin pozulması və təbiətə dəymiş ziyana görə 5625 manat ödəmə hesablanıb.

İş üzrə təhqiqat aparılması məqsədilə sənədlər və götürülən əşyalar Azərbaycan Baş Prokurorluğuna təhvil veriləcək.

ETSN əhalini bir daha təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR