Bank Of Baku

“Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq konfransın yekun sənədi imzalanıb

“Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq konfransın yekun sənədi imzalanıb
# 12 noyabr 2010 10:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda “Ekologiya ili” çərçivəsində Azərbaycanın Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə noyabrın 11-də başlayan “Gənclər ekoloji inkişaf uğrunda” adlı beynəlxalq elmi-praktik konfrans bu gün yekunlaşıb. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev konfransın yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirib. O bildirib ki, 13 ölkədən 150-yə yaxın alim, aspirant və digərlərinin iştirak etdiyi konfransın yekununda sənəd imzalanıb. Sənəddə iştirakçılar, aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, gənclərin ətraf mühitin dəyişməsinə təsiri, elmi tədqiqat institutlarının aktivləşməsi, sahibkarların bu problemin həllində iştirakı kimi məsələlər yer alıb.

Konfransda iştirak etmiş İstanbul Texnologiya Universitetinin professoru Alpər Ünal isə deyib ki, bu gün gənclər ekoloji problemlərin həllində iştirak etməsələr, sabah onun daha ağır nəticələri ola bilər: “Konfransda mötəbər alimlərin iştirakı onu göstərir ki, bu problemə diqqətin artırılması, gənclərin bu prosesə cəlb edilməsi olduqca əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR