Bank Of Baku

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “IV Çağırış Kuboku” keçiriləcək

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “IV Çağırış Kuboku” keçiriləcək
# 12 noyabr 2010 11:12 (UTC +04:00)
Bakı-APA. Xəzər İntellektual Gənclər Klubu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “IV Çağırış Kuboku” turnirini keçirməyi planlaşdırır. Bu barədə APA-ya Xəzər İntellektual Gənclər Klubundan bildirilib. “Mənim Klubum” layihəsi çərçivəsində təşkil olunacaq “IV Çağırış Kuboku” 20 noyabrda Bakı Biznes Mərkəzində keçiriləcək. Turnirdə Bakı və Sumqayıt şəhərlərinin gənc intellektuallarından ibarət 25 komanda iştirak edəcək.
Azərbaycan dilində intellektual oyunların keçirilməsi üzrə ilk ixtisaslaşmış təşkilat olan Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mənim Klubum” layihəsi çərçivəsində isə bu ilin yanvar ayından ali təhsil müəssisələrində 3 intellektual oyunlar klubu yaradılıb, müxtəlif turnir və seminarlar təşkil olunub. Layihənin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR