Bank Of Baku

Göyçayda V Nar Bayramı keçirilib

Göyçayda V Nar Bayramı keçirilib
# 12 noyabr 2010 12:19 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün Azərbaycanın Göyçay rayonunda V Nar bayramı keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, bayram tədbirində Milli Məclisin 10-a yaxın deputatı, Rusiya və Belarusun Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları, 6 ölkənin gənclər təşkilatlarını təmsil edən 40 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edib. Əvvəlcə qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri 30 kənddə narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nar və onlardan hazırlanan məhsulların sərgisinə tamaşa edib, yerli müəssisələrdə istehsal edilən şirə və ekstratların dadına baxıblar.
Heydər Əliyev parkına rəmzi olaraq nar ağacları əkilib, yeni ailə quran bəy və gəlinə hədiyyələr verilib. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub.

Tədbirdə qeyd olunub ki, son 3 ildə rayonda 1600 hektardan artıq yeni nar bağı salınıb. Nar festivalı isə rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və onun satış qiymətinin yüksəlməsinə səbəb olub. Ötən il rayonda 2732 hektar nar bağından 27 min 377 ton məhsul istehsal olunub. Bu il Göyçayda əvvəlki ildəkindən daha çox, 30 min tona yaxın məhsul toplanıb. Bu gün Göyçayda 30-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur.
Sonra folklor qruplarının çıxışları olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə qonaqlar əl əməyi nardan hazırlanan məhsullarla tanış olublar.
Nar ilə bağlı müxtəlif müsabiqələr keçirilib. Bayram tədbiri tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR