Bank Of Baku

BMT-nin baş katibi: “2030-cu ilədək dünyada diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər”

BMT-nin baş katibi: “2030-cu ilədək dünyada diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər”
# 12 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Diabet Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə deyilir ki, hökumətlər və onların tərəfdaşları tərəfindən bu xroniki, insanı taqətdən salan və müalicəsi baha başa gələn xəstəliklə mübarizə aparmaq üçün tədbirlərin görülməsinə ehtiyac var: “Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2005–2030-cu illər ərzində diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər. Xəstəlikdən ən çox yoxsul ölkələr əziyyət çəkir. Belə ki, diabetə tutulanların 80 faizi aşağı və orta gəlirli dövlətlərdə yaşayır, 220 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir və heç bir ölkə bundan sığortalanmayıb. Hökumətlər mövcud çatışmazlıqları aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməlidirlər ki, diabetli insanlar sağala bilsin, xəstəliyin ürək, qan damarları, gözlər, böyrəklər və sinir sisteminə vurduğu ziyanın qarşısı alınsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR