Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada səfərdə olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada səfərdə olub
# 12 noyabr 2010 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreyaya səfər edib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparmaq olub.

Səfər çərçivəsində nümayəndə heyəti Koreya Respublikasının fövqəladə halların idarə edilməsi üzrə milli agentliyinin rəhbəri Park Yoen Su ilə görüşüb. Görüş zamanı hər iki tərəf arasında mövcud əlaqələrin uğurlu inkişafından razılıq bildirilıb. Habelə fövqəladə halların idarə edilməsi sahəsində kadr potensialının inkişaf etdirilməsi və böhranların idarə olunması sisteminin təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Növbəti gün nümayəndə heyəti Koreyanın fövqəladə halların idarə edilməsi mərkəzi, habelə həmin mərkəzin “119 zəng mərkəzi”nin işi ilə yaxından tanış olub. Nümayəndə heyətinin Koreyaya səfəri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR