Bank Of Baku

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi qeyd ediləcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi qeyd ediləcək
# 12 noyabr 2010 14:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi qeyd ediləcək. Akademiyadan APA-ya verilən məlumata görə, Azərbaycan Ədəbiyyatı Muzeyi 1939-cu il noyabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb. Muzeyin əsas vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, muzeyşünaslığı inkişaf etdirmək, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində yeni kadrlar yetişdirməkdir.
Muzeyin 70 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR