Bank Of Baku

Azərbaycanda qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsi və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları təsdiqlənib

Azərbaycanda qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsi və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları təsdiqlənib
# 12 noyabr 2010 15:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları»nı təsdiq edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalar Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir. Qaydalara əsasən, Dövlət Miqrasiya Xidmətinin (DMX) təqdim etdiyi tələbata uyğun olaraq, Qaçqın vəsiqəsinin və Yol sənədinin sifarişi Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Sənədlərin hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək.

Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının uçotunun aparılması DMX tərəfindən hər rübdən sonrakı ayın 20-dək aparılacaq.

Sənəddə Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ilkin uçotunun aparılması, zədələnmiş və ya korlanmış blankların ləğv edilməsi və s. məsələlər də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR