Bank Of Baku

Qubada Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina inşa edilib

Qubada Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina inşa edilib
# 13 noyabr 2010 07:47 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Noyabrın 13-də Quba şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar və şəhid ailələri üçün inşa olunmuş 36 mənzilli yaşayış binası istifadəyə verilib. APA-nın şimal bürosunun xəbərinə görə, ümumi sahəsi 3750 kvadratmetr olan yaşayış binası 3 girişlidir və 4 mərtəbədən ibarətdir. Mənzillərin hər biri iki otaqdan ibarətdir.

Binanın istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Sahib Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və yeni mənzillərin sahibləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR