Bank Of Baku

Ağdamda canavar sürüsü fərdi təsərrüfata hücum edib

Ağdamda canavar sürüsü fərdi təsərrüfata hücum edib
# 13 noyabr 2010 09:16 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Ağdam rayonunun Üçoğlan kəndindəki fərdi təsərrüfata canavar sürüsü hücum edib. APA-nın xəbərinə görə, hadisə dünən gecə saatlarında kənd sakini Surxay Quliyevə məxsus təsərrüfatda baş verib.
Canavarlar iki baş xırda buynuzlu heyvanı parçalayıblar. Ev sahibinin müdaxiləsindən sonra yırtıcılar ərazidən uzaqlaşıblar.
S. Quliyev son zamanlar vəhşi heyvanların ev heyvanlarına hücumunun tez-tez müşahidə olunduğunu, bununla da ərazidə quduzluq xəstəliyinin yayılması təhlükəsinin yarandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR