Bank Of Baku

Azərbaycanda 123 min şəkərli diabet xəstəsi var - FOTO

Azərbaycanda 123 min şəkərli diabet xəstəsi var - <font color=red>FOTO</font>
# 13 noyabr 2010 14:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Diabet Liqası, “Sanofi Aventis Group” şirkətinin maliyyə dəstəyi ilə bu gün Ümumdünya Diabet Gününə və Azərbaycan Diabet Liqasının yaranmasının 10 illiyinə həsr olunan “Güc bilrikdədir!” filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, filmdə səsləndirilən məlumatlara əsasən, hazırda dünyada 200 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hər il dünya əhalisinin təxminən 4 faizi bu xəstəliyə düçar olur. Ümumilikdə dünyada kor olanların təxminən 20-25, ayaqları amputasiya olanların elə o qədəri şəkərli diabet xəstələrinin payına düşür. Ümumdünya Səhiyyə Təşkilatı artıq şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirilib.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova bildirib ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 118 min insan şəkərli diabet kimi qeydiyyatda olub. Hazırda isə qeydiyyatda olanların sayı 123 min nəfərə yüksəlib.

Y. Sultanova deyib ki, şəkərli diabet xəstələrinə dövlət qayğısı məqsədi ilə 2005-2009-cu ildən dövlət proqramı həyata keçirilib. Həmin proqram 2013-cü ilədək dövrü əhatə edən yeni proqram vasitəsi ilə davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR