Bank Of Baku

Zərdab rayonunun Əlibəyli kəndinə canavarlar hücum edib

Zərdab rayonunun Əlibəyli kəndinə canavarlar hücum edib
# 13 noyabr 2010 15:50 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunun Əlibəyli kəndinə canavarlar hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, bir neçə gün əvvəl kənd sakini Natiq Məlikovun fərdi təsərrüfatına hücum edən yırtıcılar onun atını parçalayıblar. Canavarların yenidən hücum edəcəyini ehtimal edən kənd sakinləri ətə zəhər qataraq təsərrüfatın həyətinə atıblar. Dünən kəndə soxulan iki canavar zəhərli ətdən yeyərək ölüb.
Sakinlər havalar soyuyandan sonra canavarların tez-tez kəndə hücum etdiklərini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR