Bank Of Baku

Masallıda ağsaqqallar, ziyalılar və din xadimləri ilə görüş keçirilib

Masallıda ağsaqqallar, ziyalılar və din xadimləri ilə görüş keçirilib
# 13 noyabr 2010 20:50 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Noyabrın 13-də Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatında ağsaqqallar, ziyalılar və din xadimləri ilə görüş keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev hamını qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib. Natiq çıxışında ölkədə həyata keçirilən qlobal infrastruktur layihələrinin regionların inkişafına böyük təkən verdiyini, bütün rayonlarda olduğu kimi Masallıda da abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, əməkdar müəllim Əfsər Məmmədov, din xadimi Mirkərim Əliyev, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev və başqaları çıxışlarında rayonda aparılan yenidənqurma işlərindən razı qaldıqlarını dilə gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR