Bank Of Baku

Azərbaycanda ilk dəfə Bakı ekoloji marafonu keçiriləcək

Azərbaycanda ilk dəfə Bakı ekoloji marafonu keçiriləcək
# 15 noyabr 2010 07:29 (UTC +04:00)
Bakı-APA. 2010-cu ilin dekabr ayında 2011-ci ilin mart ayına qədər azərbaycanda ilk dəfə I Bakı ekoloji marafon keçiriləcək. APA-nın məlumatına görə, bir qrup gənc təşəbbüsü və bir sıra nazirliklərin və qurumların dəstəyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2010-cu ilin dekabr ayından 2011-ci ilin mart ayına qədər I Bakı ekoloji marafon keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat katibliyindən bildirilib ki, həmin marafon çərçivəsində ekoloji mövzu ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Marafonun keçirilməsində məqsəd müxtəlif yaşlı insanlar arasında sağlam həyat tərzini təbliğ etmək və ekoloji maarifləndirməkdir. Marafon çərçivəsində həmçinin şeir, rəsm (professional və həvəskarlar arasında), plakat, «Ekologiya və mən» mövzulu şüarların (yaş həddi yoxdur) müsabiqələrinin keçirilməsi planlaşdırılır. Mütəxəssis-ekoloqların, həkimlərin, orta məktəb müəllimlərinə və Ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə uşaqlar və onların valideynləri, gənclər üçün «Sağlam həyat tərzi və ekologiya» adlı tədbir keçiriləcək. Marafon çərçivəsində «İdman və ekologiya» adlı küçə idman yürüşü keçiriləcək. Bu idman yürüşündə 10 yaşından yuxarı həm professional idmançılar həm də həvəskarlar iştirak edə bilərlər. Bununla yanaşı birinci Bakı ekoloji marafon çərçivəsində bir sıra başqa tədbirlərin keçirilməsi planlaşdırılır. Bakı ekoloji marafonunun birinci etapının keçirilməsi çərçivəsində dekabr ayının 8-dən 25-nə kimi [email protected] elektron ünvanına siz “Ekologiya və mən» mövzusuna həsr edilmiş öz şeir, plakat, şuar (azərbaycan dilində), rəsm işlərinizi (professional və həvəskar rəssamların skaynerləşdirilmiş işləri) göndərə bilərsiniz. Bu müsabiqədə iştirak eləmək istəyən şəxslər öz telefon nömrələrini qeyd etməlidirlər. Onlarla sonra əlaqə saxlanacaq. Müsabiqənin yekununda sərgi təşkil ediləcək, həmçinin qaliblərin dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırma mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR