Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı dünyada 2030-cu ilədək baş verəcək ölüm hallarının üçüncü əsas səbəbini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı dünyada 2030-cu ilədək baş verəcək ölüm hallarının üçüncü əsas səbəbini açıqlayıb
# 16 noyabr 2010 08:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatı noyabrın 17-ni dünyada Ağciyərlərin Obstruktiv Xroniki Xəstəliklərlə Mübarizə Günü kimi qeyd edəcək. APA-nın məlumatına görə, ÜST-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, hazırda bu xəstəlikdən 210 milyon insan əzab çəkir. Təşkilatın proqnozlarına görə, 2030-cu ilədək bu xəstəlik bütün dünyada insanların ölümünün dünyada üçüncü əsas səbəbi olacaq. Riskin inkişafının əsas səbəbləri tütündən istifadə, otaq və küçədə havanın çirklənməsi, həmçinin iş yerlərində tozların və kimyəvi maddələrin insan orqanizminə təsiridir. Bu gün münasibətilə dünyada səhiyyə mütəxəssisləri və pasiyent qrupları müxtəlif tədbirlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR