Bank Of Baku

Piyadalar əleyhinə minaların qadağan olunmasına dair Konvensiyaya həsr olunmuş illik konfrans keçiriləcək

Piyadalar əleyhinə minaların qadağan olunmasına dair Konvensiyaya həsr olunmuş illik konfrans keçiriləcək
# 16 noyabr 2010 16:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 29-dan dekabrın 3-dək Cenevrədə Piyadalar əleyhinə minaların qadağan olunmasına dair Konvensiyaya həsr olunmuş X illik konfrans keçiriləcək. APA-nın Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinə (GİCHD) istinadən verdiyi məlumata görə, toplantıda konvensiyanı ratifikasiya etmiş 156 dövlətin müvafiq qurumlarının direktorları, həmçinin qeyri-hökumət təşkilatları və minatəmizləmə şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Konfransda dövlətlərin son 10 ildə piyadalar əleyhinə minaların ləğvi istiqamətində gördükləri işlərə dair hesabatları dinlənəcək, həmçinin Konvensiyaya qoşulmuş dövlətlərin razılaşmanı hansı formada yerinə yetirmələri qiymətləndiriləcək.

Konfransda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov və “Minalar Əleyhinə Kampaniya” İctimai Birliyinin sədri Hafiz Səfixanov da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR