Bank Of Baku

Göyçayda 5600-dən artıq ailəyə bayram sovqatı göndərilib

Göyçayda 5600-dən artıq ailəyə bayram sovqatı göndərilib
# 17 noyabr 2010 15:30 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Müqəddəs Qurban bayramı Göyçay rayonunda yüksək səviyyədə qeyd olunub.

APA-nın Şirvan bürosunun məlumatına görə, məscidlərdə bayram namazı qılındıqdan sonra qurbanlıq heyvanlar kəsilib.

Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 16-17-də imkansız insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə 2100 kiloqram qurban əti paylanılıb. Rayonun iş adamları da bayram günlərində qurbanlıq heyvanlar kəsərək 3500-dən artıq ailəyə paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR