Bank Of Baku

Gürcüstanın baş naziri Qurban bayramı münasibətilə azərbaycanlılarla görüşüb - FOTO

Gürcüstanın baş naziri Qurban bayramı münasibətilə azərbaycanlılarla görüşüb - <font color=red>FOTO</font>
# 17 noyabr 2010 15:51 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir məscidin həyətinə toplaşan azərbaycanlılar qarşısında çıxış edərək, onları Qurban bayramı münasibətilə təbrik edib.

Sonra N.Gilauri dindarlar və hökumət nümayəndələri ilə birlikdə məscidə daxil olub və çay süfrəsi arxasında Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb. Görüş iştirakçıları suvarma suyunun çatışmazlığı, kənd yollarının yarıtmazlığı, Qırmızı Körpüyə qədər olan 28 km yolun asfaltlaşdırılması, vergi sahəsində olan çətinliklər, eyni zamanda gənclərin işsizliyi kimi problemləri baş nazirin nəzərinə çatdırıblar. Baş nazir azərbaycanlıları narahat edən bu vacib məsələlərin həllinə çalışacağını bildirib.

İmam Rza mədrəsəsinin müdiri Hacı Əziz Nəbiyev bayram günündə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə gəldiyi üçün tədbirdə iştirak edən dindarlar adından baş nazirə minnətdarlığını bildirib.

Nika Gilauri Qurban bayramı münasibətilə kəsilən qurban paylarını yoxsul ailələrə şəxsən paylayıb.

Qeyd edək ki, görüşdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, onun müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR