Bank Of Baku

Gürcüstanın Mədəniyyət Nazirliyinə qədim məscidlərin siyahısı təqdim olunub

Gürcüstanın Mədəniyyət Nazirliyinə qədim məscidlərin siyahısı təqdim olunub
# 17 noyabr 2010 16:34 (UTC +04:00)
Bakı - APA. Gürcüstanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyində Ombudsman Aparatının nəzdindəki Milli azlıqlar üzrə Şurada təmsil olunan qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüş keçirilib.
Bu barədə APA-ya Milli azlıqların hüquqlarının müdafiəsi üzrə Monitorinq Qrupundan məlumat verilib.
Görüş Ombudsman Aparatı nəzdində Tolerantlıq şurası tərəfindən təşkil olunub. Milli azlıqların hüquqlarının müdafiəsi üzrə Monitorinq Qrupunun təmsilçisi Zemfira Əzizbəyova Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyinin nümayəndəsinə Gürcüstanda etnik azərbaycanlıların kompakt yaşadığı yerlərdə fəaliyyət göstərən və əsrdən çox yaşı olan məscidlərin ölkənin tarixi irs siyahısına salınması ilə bağlı 18 müraciət təqdim edib. Müraciətə cavab olaraq nazirlik nümayəndələri araşdırma aparacaqlarını və müraciətin yerinə yetiriliməsi imkanlarını nəzərdən keçirəcəklərini bildiriblər.
Milli azlıqların hüquqlarının müdafiəsi üzrə Monitorinq Qrupunun təmsilçiləri həmçinin qeyd ediblər ki, hazırda milli azlıq nümayəndələrinin Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya prosesinin sürətləndirilməsi üçün Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət düşür.
Görüşdə bildirilib ki, Tbilisidə Erməni Dram Teatrında təmir-bərpa işləri aparılsa da, təəssüf ki, təmirə ehtiyacı olan Azərbaycan Dram Teatrında bu cür işlər həyata keçirilmir. Nazirlik nümayəndələri təəssüflə qeyd ediblər ki, teatrda təmir işlərini aparılmaması teatrın binasında qeyri-qanuni məskunlaşan insanların oranı tərk etmək istəməməsi ilə bağlıdır.
Qeyd edək ki, hazırda Gürcüstanda təxminən 200 məscid var, lakin onlardan heç birinin rəsmi statusu və dövlət qeydiyyatı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR