Bank Of Baku

Marneulidə gənclərin təşəbbüsü ilə Qurban bayramı keçirilib - FOTO

Marneulidə gənclərin təşəbbüsü ilə Qurban bayramı keçirilib - <font color=red>FOTO</font>
# 17 noyabr 2010 16:45 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının (GAGİ) təşəbbüsü və Gənclərə Yardım və Maarifləndirmə Dərnəyinin (GYMD) dəstəyi ilə Marneulidə Qurban bayramı tədbiri keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri ittifaqın sədri Leyla Məmmədova açaraq bayrama qatılan ətraf kəndlərin sakinlərini Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib. Sonra GAGİ-nin əməkdaşları tərəfindən 85 yoxsul və imkansız ailəyə Qurban əti paylanılıb. Tədbirə gələ bilməyən əlil və xəstə adamlara ayrılan Qurban payı isə onların evlərinə çatdırılıb.
Tədbirdə GAGİ-nin əməkdaşları, idarə heyətinin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR