Bank Of Baku

Bakıda “Azərbaycan xalqının milli özünü təsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycan xalqının milli özünü təsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 18 noyabr 2010 12:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyası Bakıda “Azərbaycan xalqının milli özünü təsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfrans keçirəcək. Akademiyadan APA-ya verilən məlumata görə, noyabrın 30-da keçiriləcək konfrans Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illik yubileyi münasibətilə təşkil olunacaq.

Akademiyadan bildirilib ki, 1939-cu il noyabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə yaradılan Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR