Bank Of Baku

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 55 nəfər həlak olub

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 55 nəfər həlak olub
# 18 noyabr 2010 12:10 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hər 4 bədbəxt hadisədən 1-i tikintidə baş verib. Ümumilikdə, ilk 10 ayda tikintidə 51 bədbəxt hadisə baş verib ki, bu da ötən ilin eyni dövrünə (53 hadisə) nisbətən təqribən 4% azdır.

Hesabat dövründə qrup halında bədbəxt hadisələrin sayı isə 35% azalıb. İlin ilk 10 ayında qrup halında 15 bədbəxt hadisə baş verib. Bu hadisələrin 4-ü tikintidə qeydə alınıb. Qeyd edək ki, tikintidə qrup halında baş verən bədbəxt hadisələrin sayı ötən ilə nisbətən iki dəfə azalıb.

Yanvar-oktyabr aylarında istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 55 ölüm halı qeydə alınıb, bunların 25-i tikintidə baş verib. Bədbəxt hadisələr nəticəsində 165 nəfər xəsarət alıb ki, bunun 37-si tikintidə qeydə alınıb. Ötən ilə nisbətən xəsarət alanların sayı 13% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR