Bank Of Baku

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının keçirəcəyi iki beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının keçirəcəyi iki beynəlxalq tədbirdə iştirak edəcək
# 18 noyabr 2010 15:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Noyabrın 25-27-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə ətraf mühit və sağlamlıq məsələlərinə həsr edilən beynəlxalq konfrans keçiriləcək. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin mütəxəssislərinin iştirak edəcəyi tədbir Bonn (Almaniya) şəhərində təşkil olunacaq. Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin iki nümayəndəsi təmsil edəcək.
Dekabrın 6-11-də isə Azərbaycanın nümayəndə heyəti Astanada (Qazaxıstan) laborator biotəhlükəsizliklə bağlı keçiriləcək tədbirə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR