Bank Of Baku

Zaqatalada yeni məktəb binası tikilir

Zaqatalada yeni məktəb binası  tikilir
# 19 noyabr 2010 07:54 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda yeni məktəb binası tikilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Təhsil Nazirliyinin maliyyə vəsaiti hesabına rayonun Aşağı Çardaqlar kəndində 220 yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Bu münasibətlə Aşağı Çardaqlar kəndində yeni inşa ediləcək məktəb binasının təməl qoyma mərasimi keçirilib. Məktəbin 2011-2012-ci yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Regionların sosial inkişaf planına uyğun olaraq, son beş il ərzində Zaqatalada 24 yeni məktəb binası və əlavə korpus tikilərək şagirdlərin istifadəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR