Bank Of Baku

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq
# 22 noyabr 2010 08:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 12-15, axşam 10-12 dərəcə isti olacaq.

Noyabrın 23-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında arabir açılacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 13-15 dərəcə isti olacaq.

Noyabrın 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Noyabrın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 9-11, gündüz 16-19 dərəcə isti olacaq.

Noyabrın 23-də gecə və axşam saatlarında Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-17, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Noyabrın 24-25-də hava, əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında duman olacaq, bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR