Bank Of Baku

Edinburq Universitetinin professorları Azərbaycan Dillər Universitetində olublar - FOTO

Edinburq Universitetinin professorları Azərbaycan Dillər Universitetində olublar - <font color=red>FOTO</font>
# 22 noyabr 2010 09:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) “Ali təhsildə e-tədris” mövzusunda seminar keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitetlərindən olan Edinburq Universitetinin professorları Hemiş Makleod və Çarlz Anderson iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov seminarın rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsini universitetə verilən yüksək qiymətdən irəli gəldiyini bildirib. Rektor ölkə prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi, qayğı göstərdiyi sahələrdən birinin də təhsil sistemi olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyətinə toxunan S. Seyidov onu da deyib ki, fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təhsil müəssisələrində aparılan genişmiqyaslı işlər dünya standartları səviyyəsində tərbiyə və bilik ocaqları yaradılmasına ciddi töhfələr verir.

Sonra Edinburq Universitetinin professoru Hemiş Makleod “Ali təhsildə e-tədris” adlı təqdimatını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Xatırladaq ki, seminar Bakıda keçirilən “Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusunda beynəlxalq konfransın bir bölməsini əhatə edib. Konfransın ikinci hissəsində isə bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nın rolu haqqında regional sammit keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq. O
nu da əlavə edək ki, beynəlxalq konfrans Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir. Eyni zamanda konfraNsın keçirilməsində Təhsil nazirliyi, YUNESKO təşkilatı, “Microsoft” və “İntel” korporasiyaları da yaxından əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR