Bank Of Baku

Azərbaycanda məktəb direktorları texnologiya vasitəsilə işə qəbul olunacaq

Azərbaycanda məktəb direktorları texnologiya vasitəsilə işə qəbul olunacaq
# 22 noyabr 2010 12:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təxminən 10 ildən sonra Azərbaycanda hər şagirdin netbukla təmin edilməsi mümkün olacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, 2005-ci ildə bu işə başlayanda Azərbaycanda hər 1042 şagirdə 1 kompüter düşürdü.

Nazir gələn ildən orta məktəb şagirdlərinə qızıl və gümüş medallar veriləcəyini söyləyib. O qeyd edib ki, özəlləşdirməyə çıxarılan bağçaların hamısı öz profili üzrə işləmir: “Amma gələcəkdə yəqin ki, işləyəcək”.

M. Mərdanovun sözlərinə görə, təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə halları genişlənir: “Hazırda orta məktəb müəllimlərinin işə qəbulu kompüterlə həyata keçirilir. Gələcəkdə məktəb direktorlarının və digər əməkdaşların da işə qəbulu zamanı texnologiyadan istifadə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR