Bank Of Baku

Azərbaycan mütəxəssisləri Əfqanıstan Minatəmizləmə Departamentinin əməkdaşlarına təlim verəcək

Azərbaycan mütəxəssisləri Əfqanıstan Minatəmizləmə Departamentinin əməkdaşlarına təlim verəcək
# 22 noyabr 2010 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan mütəxəssisləri tərəfindən Əfqanıstan Minatəmizləmə Departamentinin əməkdaşlarına xarici keyfiyyət yoxlamalarının aparılması və idarəolunması mövzusunda təlim keçiləcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Təlim kursunun keçirilməsi üçün Əfqanıstan hökuməti Azərbaycana müraciət edib. Təlimin konkret vaxtı təyin olunmasa da, 2011-ci ildə keçirilməsi gözlənilir. Kurslar başa çatdıqdan sonra ANAMA mütəxəssisləri Əfqanıstana səfər edərək minalardan təmizlənmiş ərazilərdə xarici keyfiyyət yoxlamalarının aparılmasına dair məsləhətlər verəcəklər.

Qeyd edək ki, Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə yardımları çərçivəsində bu yaxınlarda dəri dilində nəşr olunmuş mina təhlükəsinə dair maarifləndirmə dərsliyi bu ölkəyə çatdırılıb. Gələn il bu yardımın davamı olaraq əfqan müəllimlər üçün 1000, şagirdlər üçünsə əlavə 20 min ədəd kitabın nəşr olunaraq bu ölkəyə göndərilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR