Bank Of Baku

BDU və ABŞ-ın Edinboro Universiteti arasında memorandum imzalanıb - FOTO

BDU və ABŞ-ın Edinboro Universiteti arasında memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 22 noyabr 2010 12:45 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ABŞ-ın Edinboro Universitetinin prezidenti, doktor Ceremi Braunu, beynəlxalq proqramlar üzrə direktor Olqa Zinovyevanı qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb, Pensilvaniya Ştatının Edinboro Universiteti ilə də münasibətlərin yaranmasında maraqlı olduğunu bildirib.
ABŞ-ın müxtəlif universitetlərində müəllim, tədqiqatçı, prorektor vəzifələrində işləyən, 2007-ci ildən isə Edinboro Universitetinin 16-cı prezidenti vəzifəsində çalışan Ceremi Braun təmsil etdiyi universitetin ABŞ-ın aparıcı ali məktəbləri sırasında olduğunu bildirib. Qonaq da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Daha sonra universitetlərarası əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr mövzusunda elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR