Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində yoxlamalara başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində yoxlamalara başlayıb
# 23 noyabr 2010 06:45 (UTC +04:00)
İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, monitorinq zamanı ilk növbədə şagirdlərin dərsə davamiyyəti və məktəbli geyiminə riayəti olunması ilə bağlı vəziyyət araşdırılacaq. Noyabrın sonuna qədər davam edəcək monitorinq zamanı həm də məktəblərdə sənədləşmə işlərinin aparılması, müəllimlərin davamiyyəti, məktəblərdə İKT tətbiqi və s. ilə bağlı vəziyyət öyrəniləcək.

Z. Əliqızı deyib ki, monitorinqin nəticələri dekabrın ortalarında BŞTİ-nin Təhsil Şurasının iclasında müzakirə ediləcək. İdarə rəsmisinin sözlərinə görə, fəaliyyətində nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri barəsində ölçü götürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR