Bank Of Baku

Azərbaycan paytaxtında “Şərq xalqlarının Bakı qurultayı 1920: Tarix və Realıq” mövzusunda konfrans keçirilir - FOTO

Azərbaycan paytaxtında “Şərq xalqlarının Bakı qurultayı 1920: Tarix və Realıq” mövzusunda konfrans keçirilir - <font color=red>FOTO</font>
# 23 noyabr 2010 10:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Hollandiyanın Beynəlxalq Sosial Tarix İnstitutunun təşkilatçılığı ilə “Şərq xalqlarının Bakı qurultayı 1920: Tarix və Realıq” mövzusunda konfrans işə başlayıb. APA-nın məlumatına görə, institutun direktoru Gövhər Baxşəliyeva bildirib ki, Bakı qurultayının 90 illiyinə həsr olunan bu konfransda 11 ölkənin - Almaniya, Türkiyə, Böyük Britaniya, İran, Rusiya, Hollandiya, Yaponiya, Özbəkistan, Başqırdıstan və Qazaxıstan alimləri iştirak edir. İnstitut direktorunun sözlərinə görə, bu konfrans həmin zaman yeni yaranmış Azərbaycan Sosialist Respublikasının paytaxtı Bakıda kommunistlərin təşəbbüsü ilə keçirilib. Konfransın əsas məqsədi Şərq xalqlarını kommunist yoluna istiqamətləndirmək idi: “1920-ci ildə həm də Şərq ölkələrində oyanış, böyük milli hərəkatı baş verib. Şərq xalqlarının milli oyanışını nümayiş etdirmək baxımından bu qurultayın həmin vaxt çox önəmi var idi. Qurultayda 37 ölkənin nümayəndəsi iştirak edirdi. Ən böyük nümayəndə heyəti isə Azərbaycandan olub”.

G. Baxşəliyeva deyib ki, sovet dövründə bu qurultay kommunist ideologiyası baxımından araşdırılırdı: “Həmin hadisələr hazırda dünya alimlərinin diqqət mərkəzindədir. Ona görə də bu hadisəyə yeni baxımdan obyektiv qiymət vermək vacibdir. Bu gün biz də bu konfransda həmin qurultaya yeni təfəkkürlə baxıb tarixi hadisələrə düzgün qiymətləndirmək istəyirik”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə tədbir iştirakçılarına Azərbaycan Sovet Sosialist Respublikasının yaradılması barədə məlum verib. O deyib ki, dünyada sosialist ideyasının təbliği üçün fəhlə-kəndli hegemonluğunu yaratmaq həmin dövrün əsas istiqamətlərindən olub. Y. Mahmudovun sözlərinə görə, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan əlifbası ləğv olunub, xalqın milli potensialı məhv edilib.

Qeyd edək ki, konfrans noyabrın 24-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR