Bank Of Baku

Gələn il 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlər üçün yeni kurrikulum üzrə təlim keçiriləcək

Gələn il 1-ci sinif şagirdlərinə dərs deyəcək müəllimlər üçün yeni kurrikulum üzrə təlim keçiriləcək
# 23 noyabr 2010 12:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - Bakı. Azərbaycan hökuməti və Dünya Bankının birgə icra etdiyi “Təhsil sektorunun inkişafı üzrə ikinci layihə” çərçivəsində Bakı şəhərində 2011-2012-ci dərs ilində ibtidai sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurrikulum üzrə təlim təşkil olunacaq. Layihəni əlaqələndirmə qrupundan APA-ya verilən məlumata görə, Azərbaycan hökuməti təhsil sektorunun inkişafı üzrə ikinci layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından aldığı maliyyə vəsaitinin bir hissəsini məsləhətçi xidmətlərinə sərf etməyi nəzərdə tutur. Təlimlər gələn ilin iyun-avqust aylarında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR