Bank Of Baku

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Lənkəranda tədbir keçirib – FOTO

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Lənkəranda tədbir keçirib – <font color=red>FOTO</font>
# 23 noyabr 2010 13:14 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi Lənkəran şəhərində “İnsan haqları və demokratiyanın inkişafı” mövzusunda növbəti qrant layihəsinin təqdimatını keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən QHT rəhbərlərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Aİ Azərbaycan nümayəndəliyinin əməkdaşları Cars Danl, Nikolay Bekasiak, Fuad Hüseynov və Naira Bağırova çıxış edərək layihənin prinsipləri, şərtləri və meyarları barədə ətraflı söz açıblar. Bildirilib ki, 2008-ci ildə Aİ-nın Azərbaycanda tam səlahiyyətli nümayəndəliyinin açılması ilə bu ölkəni ittifaqa daha da yaxınlaşdırmaq sahəsində imkanlar xeyli artıb. Həmin müddətdən 2010-cu il də daxil olmaqla, Aİ tərəfindən Qarabağ bölgəsi əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi, gənc qadınların liderlik məktəbi, əlillərin və kimsəsizlərin ehtiyaclarının ödənilməsi, bələdiyyələrin inkişafı və s. məqsədlərlə ümumilikdə Azərbaycana 3,8 milyon avro məbləğində qrant ayrılıb.
Təqdim olunan qrant layihəsi isə 1,5 milyon avro təşkil edir və burada region QHT-lərinin layihələrinə üstünlük veriləcəyi xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Aİ-nın Azərbaycan nümayəndəliyinin analoji tədbirləri respublikanın Quba, Bakı və Gəncə şəhərlərində də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR