Bank Of Baku

Bakıda məhkəmə hakimləri üçün “İnzibati məhkəmələr - beynəlxalq və milli təcrübə” adlı seminar keçiriləcək

Bakıda məhkəmə hakimləri üçün “İnzibati məhkəmələr - beynəlxalq və milli təcrübə” adlı seminar keçiriləcək
# 23 noyabr 2010 14:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) noyabrın 29-30-da Bakıda məhkəmə hakimləri üçün “İnzibati məhkəmələr - beynəlxalq və milli təcrübə” adlı 2 günlük seminar keçirəcək. Bu barədə APA-ya AHK-nın baş katibi Nadir Adilov məlumat verib.

Onun sözlərinə görə, seminarda ümumilikdə 30 nəfər hakim iştirak edəcək. Seminar Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının, Avropa Şurasının, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun dəstəyi ilə keçiriləcək.

Seminarda Almaniya inzibati məhkəmələrində hakim işləmiş, hazırda isə Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq müqavilələr şöbəsinin rəhbəri Holger Böhmann və Avropa Şurasının eksperti xanım Miryana Visentin, Türkiyə Ədliyyə Akademiyasının prorektoru, hakim Sami Sezai Ural beynəlxalq ekspert qismində iştirak edəcəklər.

Beynəlxalq ekspertlərlə yanaşı, Azərbaycan Milli Məclisinin, Azərbaycan Hüquqşünasları Konfederasiyasının ekspertləri və hakimlər də seminarda mühazirələrlə çıxış edəcəklər.
Tədbirin məqsədi beynəlxalq standartların öyrənilməsi, Azərbaycan Respublikasının məhkəmə sistemində aparılan islahatlara dəstək vermək, Azərbaycanın İqtisad-İnzibati məhkəmələrində fəaliyyət göstərəcək hüquqşünasların peşəkar inkişafına təkan verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR