Bank Of Baku

Minskdə Zərifə Salahovanın Miniatür Kitab Muzeyinin eksponatları nümayiş olunur

Minskdə Zərifə Salahovanın Miniatür Kitab Muzeyinin eksponatları nümayiş olunur
# 23 noyabr 2010 22:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Minskdə Belarus Milli Kitabxanasında Zərifə Salahovanın rəhbəri olduğu Miniatür Kitab Muzeyinin kolleksiyasından olan «Dünya siyasətinin tanınmış xadimləri» adlı sərgi açılıb. APA-nın «BELTA»-ya istinadən məlumatına görə, sərgidə dövlət xadimləri və 20-ci əsrin vacib siyasi hadisələrinə həsr olunmuş 62 kitab nümayiş etdirilir. Ən kiçik kitabın ölçüləri 2x2 mm. Sərgidə, həmçinin Aleksandr Lukaşenkonun bu il iyunun 2-4-də Azərbaycana səfərini əks etdirən miniatür kitab nümayiş etdirilir. Kitab belarus və Azərbaycan dillərində nəşr olunub, 184 səhifədən ibarətdir, 32 rəngli foto ilə illüstrasiya edilib. 150 nüsxə ilə nəşr olunmuş kitabın formatı 38x53 mm-dir.
Belarusun Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə layihəsi olan sərgi noyabrın 25-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR