Bank Of Baku

Azərbaycanın “Qırmızı Kitab”ının ikinci nəşri çapa hazırlanır

Azərbaycanın “Qırmızı Kitab”ının ikinci nəşri çapa hazırlanır
# 23 noyabr 2010 15:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qırmızı Kitab”ın ikinci nəşri və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin və elmi təşkilatların nümayəndələrinin iştirakı ilə yaradılmış redaksiya heyətinin və işçi qrupunun birgə iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabın ən qısa müddətdə hazırlanması üçün zəruri istiqamətlər müəyyən edilib, onun Azərbaycan və ingilis dillərində nəşri təklif olunub.

Kitabda növlərin nəsli kəsilmə təhlükəsi səviyyəsinə görə müxtəlif fəsillərə ayrılması qərarlaşdırılıb. Eyni zamanda, növlərin statusunu dəqiq qiymətləndirmək məqsədilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) müraciət olunaraq qurumun nümayəndəsinin redaksiya heyətinin tərkibinə cəlb edilməsi ilə əlaqədar təklif də irəli sürülüb.

“Qırmızı Kitab”ın birinci nəşrində olan ceyran, sultan toyuğu, turac kimi növlərin hazırda nəsli kəsilmə təhlükəsindən uzaq olmasına baxmayaraq, bu növlər ətrafında da müzakirələr aparılaraq onların ikinci nəşrə əlavə edilməsi və insanların şüurunda psixoloji sədd məqsədilə kitabda saxlanılması təklif olunub. Gələcəkdə “Qırmızı Kitab”ın növbəti nəşrləri zamanı aparılacaq işlərin daha asan təşkili və səmərəliliyinə xidmət etmək məqsədilə nazirlikdə kitabın nəşrində istifadə olunmuş materiallardan ibarət muzeyin yaradılması qərara alınıb.

“Qırmızı Kitab”ın ikinci nəşrinin hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının, digər elmi təşkilatların, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən əlavə, bu işə töhfə verə biləcək elmi əsərlərin, fotoşəkillərin müəllifi olan alimlərin, qeyri-hökumət təşkilatı nümayəndələrinin və digər aidiyyəti mütəxəssislərin rəylərinin də nəzərə alınması təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR