Bank Of Baku

Edinboro Universitetinin rektoru ADU-da olub - FOTO

Edinboro Universitetinin rektoru ADU-da olub - <font color=red>FOTO</font>
# 24 noyabr 2010 07:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov ABŞ-ın Edinboro Universitetinin rektoru Ceremi Braun və Universitetin Moskva ofisinin rəhbəri xanım Olqa Zinovyevanı qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan təhsil sistemi haqda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqdan söz açılıb. Eyni zamanda, ADU və Edinboro Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə gələcəkdə ikili diplomların verilməsi haqda danışılıb, bu sahədə ADU-nun qazandığı təcrübə yüksək dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR