Bank Of Baku

Bakı və ətrafında 3 milyon ağac əkilməsi təşəbbüsü yerinə yetirilir

Bakı və ətrafında 3 milyon ağac əkilməsi təşəbbüsü yerinə yetirilir
# 13 dekabr 2010 11:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağac əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı və onun ətraf ərazilərində 2009-cu ilin payız, 2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağac və kol bitkisi, 2010-cu il noyabrın 1-dən dekabrın 4-nə qədər isə 432 194 ədəd müxtəlif ağac və kol bitkisi əkilib.

Noyabrın 29-dan dekabrın 4-nə qədər Bakı və onun ətrafındakı 125,1 hektar sahədə 104 443 ədəd ağac və kol bitkisi, ümumilikdə 2009-cu ilin payız mövsümündən bu günədək Bakı və onun ətrafında 1 437 194 ədəd ağac və kol bitkisi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən nazirliyin daxili imkanları hesabına 265,88 hektar sahədə 670 360 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib.

Azərbaycan ərazisində bu həftə ərzində 390,98 hektar sahədə 774 803 ədəd ağac və kol bitkisi əkilib. Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümündən bu günədək ölkə ərazisində ümumilikdə 4 450 244 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşə-bərpa, suvarma və qulluq işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR