Bank Of Baku

Gəncədə 5 yaşlı oğlanın 24 barmağı var - FOTO

Gəncədə 5 yaşlı oğlanın 24 barmağı var - <font color=red>FOTO</font>
# 13 dekabr 2010 11:45 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncənin Bağmanlar qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Ələkbərov Mövsüm Cəmşid oğlunu həmyaşıdlarında fərqləndirən cəhət onun əl və ayaqlarında barmaqlarının artıq olmasıdır. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 5 yaşlı Mövsüm Ələkbərovun hər əl və ayaqlarında bir barmaq artıq olmaqla 24 barmağı var. Barmaqlarının artıq olması onun hərəkətinə heç bir maneçilik törətmir. Mövsüm Ələkbərov digər həmyaşıdları kimi uşaq bağçasına gedir, rəsm çəkir, yəni sərbəst hərəkət edir. Atası Cəmşid Ələkbərov deyib ki, onlara uşağın artıq barmaqlarını cərrahiyə əməliyyatı ilə götürülməsini məsləhət görsələr də, buna razı olmayıblar. Həkimlər də bunun xəstəlik olmadığını bildiriblər. Eyni zamanda həkimlər bu cür doğulan uşaqların artıq barmaqlarının funksional hərəkət qabiliyyətli olmadığından bir artıq ət kimi cərrahiyə yolu kəsilib götürülməsinin mümkünlüyünü deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR