Bank Of Baku

Azərbaycan və İordaniya arasında elm sahəsində qarşılıqlı mübadiləyə dair niyyət protokolu imzalanacaq

Azərbaycan və İordaniya arasında elm sahəsində qarşılıqlı mübadiləyə dair niyyət protokolu imzalanacaq
# 13 dekabr 2010 12:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndə heyətinin İordaniya Haşimilər Krallığına səfəri zamanı iki ölkə arasında elm sahəsində qarşılıqlı mübadiləyə dair niyyət protokolunun imzalanması barədə razılığa gəlinib. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Haşımov deyib. Onun sözlərinə görə, bu sənəd əsasında hər iki ölkənin universitetləri, elmi şuraları qarşılıqlı əməkdaşlıq edə biləcəklər.

AMEA nümayəndələrinin İordaniyaya ilk dəfə səfər etdiklərini söyləyən A. Həşimov bu səfərin tanışlıq xarakterli olduğunu vurğulayıb. O əlavə edib ki, hər iki ölkənin elmi inkişaf strategiyaları yaxındır, elmin inkişaf üçün oxşar hədəflər seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR