Bank Of Baku

İçərişəhərə həsr edilmiş “Köhnə Bakı” adlı sərgi təşkil olunacaq

İçərişəhərə həsr edilmiş “Köhnə Bakı” adlı sərgi təşkil olunacaq
# 13 dekabr 2010 15:32 (UTC +04:00)
Bakı-APA. Dekabrın 16-17-də “İçərişəhər” tarixi muzeyi tərəfindən İçərişəhərə həsr edilmiş “Köhnə Bakı” adlı sərgi təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Sərgidə “İçərişəhər” tarixi muzeyinin eksponatları və İçərişəhərin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş etdiriləcək. Eksponatlar arasında qədim geyimlər, bəzək əşyaları, müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı İçərişəhər ərazisində tapılan antik sikkələr və dekorativ əl sənəti nümunələri yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR