Bank Of Baku

“Demokratiya səninlə başlayır!” adlı layihə həyata keçirilir

“Demokratiya səninlə başlayır!” adlı layihə həyata keçirilir
# 13 dekabr 2010 15:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Demokratiya səninlə başlayır!” layihəsinin həyata keçirilməsinə başlanıb. APA-nın məlumatına görə “Demokratiya yalnız kitablardan deyil, təcrübədə öyrənilir” şüarı altında həyata keçirilən layihənin məqsədi Azərbaycan, Ermənistan və Gürcüstanda milli azlıqların mövcud olduğu ərazilərdə və kənd yerlərində yaşayan müəllimlərin və şagirdlərin vətəndaş kimi maarifləndirilməsinə yönəlib.

Layihənin təqdimat mərasimində çıxış edən layihənin tərəfdaşı - Konrad Adenauer Fondunun direktoru Katya Plate deyib ki, vətəndaş maarifləndirilməsi hər bir ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: “Layihə şagirdlərə demokratiyanın nə olduğunu simulyasiya oyunu vasitəsilə başa düşmək imkanı yaradır”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi müşaviri Manfredas Limantas Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək “Şərq Tərəfdaşlığı” proqramının mahiyyəti barədə danışıb. O bildirib ki, təhsil və mülkü fəallıq bu proqramın əsas komponentidir.

Təhsil Nazirliyinin nümayəndəsi Sevil Məmmədova nazirliyin beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlığından bəhs edib. Layihənin nazirlik tərəfindən dəstəkləndiyini söyləyən S. Məmmədovanın sözlərinə görə, layihə Bakının 7, Gəncə, Şirvan, Astara, Qusar və Göyçanın məktəblərində həyata keçirilir.

Qeyd edək ki, layihədə 60 məktəb direktoru iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR