Bank Of Baku

Qənirə Paşayeva Misirin birinci xanımı Suzan Mübarəklə görüşüb - FOTO

Qənirə Paşayeva Misirin birinci xanımı Suzan Mübarəklə görüşüb - <font color=red>FOTO</font>
# 14 dekabr 2010 08:00 (UTC +04:00)
Bakı-APA. Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən millət vəkili Qənirə Paşayeva və Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzdindəki yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva forum çərçivəsində Misirin birinci xanımı Suzan Mübarəklə görüşüblər. APA-nın xəbərinə görə, Misirin birinci xanımı Azərbaycanla münasibətlərin və əməkdaşlığın inkişafından məmnun olduğunu vurğulayıb. Q. Paşayeva isə Azərbaycan dövlətinin və rəhbərliyinin Misir dövləti ilə münasibətlərin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Suzan Mübarəkin rəhbərliyi altında keçirilən «İnsan Alverinə Son» beynəlxalq forumunun çox vacib və əhəmiyyətli olduğunu vurğulayan millət vəkili Azərbaycanın da bu məsələyə böyük önəm verdiyini və işlər gördüyünü deyib. Forum çərçivəsində Bəhreyn Krallığının birinci xanımı Sabeeka bint İbrahim Əl Xəlifə ilə də görüş keçirilib. Q. Paşayeva Bəhreynin birinci xanımına və eyni zamanda ölkəsində Qadın məsələləri üzrə Ali Şuranın Prezidenti olan Sabeeka bint İbrahim Əl Xəlifə Azərbaycanla bağlı məlumatlar verib.

Q. Paşayeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müxtəlif sahələr, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində gördüyü işlər barədə də Bəhreyn Krallığının birinci xanımını məlumatlandırıb. Bundan başqa, forum çərçivəsində Polşanın keçmiş birinci xanımı Jolanta Kvasneskaya ilə də görüş keçirilib. Bir müddət əvvəl Azərbaycana səfərindən böyük məmnuniyyət duyduğunu deyən Jolanta Kvasnevskayaya Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən Jolanta Kvasnevskaya Azərbaycanla əməkdaşlığının dərinləşməsində, müxtəlif layihələr çərçivəsində əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu bildirib.
Forum çərçivəsində həmçinin uzun illər BMT-də məsul vəzifələr tutmuş və bu gün də təşkilatla sıx əməkdaşlıq edən, Suzan Mübarək Qadınların Beynəlxalq Sülh Hərəkatının üzvü olan xanım Thereze Gaztautla da görüş keçirilib.

Görüş zamanı T. Gaztauta Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi ətrafında bugünkü vəziyyətlə bağlı məlumatlar verilib. Q. Paşayeva T.Gaztautu Azərbaycana dəvət edib.

Qeyd edək ki, Misirin Luksor şəhərində Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik etdiyi “İnsan alverinə qarşı Beynəlxalq Forum” u keçirilib. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, məşhur sənətçilər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR