Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Hicabla bağlı keçirilən aksiyanı xaricdə və daxildə olan müəyyən qüvvələr təşkil edib”

Azərbaycanın təhsil naziri: “Hicabla bağlı keçirilən aksiyanı xaricdə və daxildə olan müəyyən qüvvələr təşkil edib”
# 14 dekabr 2010 08:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Mənə elə gəlir ki, Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirilən aksiya müəyyən qüvvələrin, xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi hadisədir. Başqa cür ola bilməz. Mən o adamlara müraciət edərək deyirəm ki, səhv yoldan çəkinmək, səhv yolun yarısından qayıtmaq yaxşıdır. Elə dinimiz də bunu tələb edir. Biz qaranlıq tərəfə deyil, işıq gələn tərəfə getməliyik”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin hicabla bağlı apardığı siyasət Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunması ilə bağlıdır: “Burada Misir Mərdanovdan, Təhsil Nazirliyindən söhbət gedə bilməz. Biz nənələrimizdən də belə görmüşük, onlar ev şəraitində yaşmaqlanardılar. Mən düşünürəm ki, biz bu işə getməməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR